"Facebook” sosial şəbəkəsinin sahibi Mark Zukerberq  NASDAQ  elektron birjasında iki saat ərzində gəlirini 4,3 mlrd dollar artırmağa müvəffəq olub. APA-nın xəbərinə görə, bu barədə "Forbes”-un məlumatında bildirilir.  
Qeyd edək ki, Mark Zukerberq  hazırda  dünyanın ən zəngin insanları  reytinqində 6 pillədə qərarlaşıb.
 32 yaşlı milyarderin sərvətinin dəyəri 51.8 mlrd dollar təşkil edir.  
 Qeyd edək ki,  "Facebook” rüblük hesabatında gəlirlərinin analitiklərin proqnozlaşdırdıqlarından  çox olduğunu açıqladıqdan sonra şirkətin səhmlərinin dəyəri 10 faizədək qalxıb.
 Şirkətin xalis gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artıb.  
 Bundan başqa, "Facebook” sosial şəbəkəsi fəal istifadəçi auditoriyasını 15 faiz artıraraq 1,65 mlrd nəfərə çatdırıb. 
.