Bakının Sabunçu rayonunda odlu silahla yeznəsi Məmmədov Ramiz Hümbət oğlunu (mərhum R.Məmmədov Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir). qətlə yetirən şəxs saxlanılıb.
APA xəbər verir ki, "Hozu" ləqəbli Rauf Həsənov Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Prokurorluğuna təhvil verilib.
Cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
