Üç il əvvəl analarını itirən Nuranə və Tofiq Zərbəliyevlərin ataları və ögey anaları tərəfindən şiddətə məruz qaldığı iddia edilir. 

Uşaqların nənəsi Zəminə Həsənova iddia edir ki, ögey ana nəinki uşaqları döyüb hətta onlarl ac da saxlayıb. 

Gəncədə yaşayan nənə baş verənlərdən yalnız Ağstafaya, uşaqları ziyarətə gedəndə xəbər tutub. 

“Birinci Nuranənin bədənindəki göyərmə izlərini gördüm. Soruşdum bu nədir? Mənə cavab verdi ki uşaqdır, yıxılıb. Tez Tofiqi özümə çəkib onun bədəninə baxdım ki, onda da yara izləri var” – deyə, Zəminə Həsənova qeyd edib.

Azyaşlıların atası Samir Zərbəliyev bildirib ki, bunların hamısı uşaqlara tərbiyyə vermək məqsədi ilə edilib. 

Uşaqlara şiddət göstərməkdə iddiham edilən Səadət Mehralıyevaya isə artıq cinayət işi açılıb.

 

.