Türkiyənin Kayseri bölgəsində II Dünya Müharibəsi zamanı yerin altına basdırılan təyyarələr aşkarlanıb.
Təyyarələr kayseridə dağ depoları deyilən yerdə tapılıb.
Həmin depolarda təyyarələrin saxlanıldığı ilk dəfə 1992-ci ildə məlum olub. Lakin sonradan bu məsələ gizlədilib.
Döyüş təyyarələri üzrə araşdırmalar aparan Stuart Klin bildirib ki, 1948-ci ildə Kayseriyə uçan 36 döyüş təyyarəsinin biri yolda məcburi eniş edib.
"Digərləri isə Kayseriyə eniş etdilər. Bunlar alman mənşəli təyyarələr idi. O vaxt "Marşal” planı çərçivəsində Türkiyəyə yüzlərlə təyyarə verilmişdi. Sonradan həmin təyyarələr Türkiyəyə bağışlandı. Lakin təkcə bir şey istədilər ki, alman mənşəli təyyarələr yox edilsin. Həmin təyyarələr Kayseridə basdırıldı”, - deyə o bildirib.
Publika.az
