İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (IƏT PA) sədrlik Azərbaycana keçəcək.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn ilə görüşdə deyib.

Milli Məclisin sədri deyib ki, İƏT PA-nın Üçüncü Ümumi Konfransından sonra təşkilata sədrlik Azərbaycana keçəcək: “Azərbaycan təşkilata sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək”.

.