İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əl-Əqsa Məscidi ətrafında baş verən hadisələrlə əlaqədar müzakirə aparmaq məqsədilə bir araya gələcək.

Xarici mətbuat xəbər verir ki, Xarici İşlər Nazirliyi səviyyəsində keçiriləcək sammit avqustun 1-inə planlaşdırılır. Görüş İstanbul şəhərində keçiriləcək.

Son günlərdə İsrail hökumətinin əl-Əqsa Məscidinə girişi məhdudlaşdırması ilə əlaqədar Yaxın Şərqdə gərginlik artıb.
.