İsrail Dəniz Qüvvələrinin Beyrutda həyata keçirdiyi hücum nəticəsində Hizbullahın cənub cəbhəsinin komandiri Yusuf İsmayıl Haşəm öldürülüb.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
İsrail Dəniz Qüvvələri Kəşfiyyat İdarəsi və Şimal Komandanlığının rəhbərliyi altında Beyrutda əməliyyat həyata keçirilib, Hizbullahın cənub cəbhəsinin komandiri Yusuf İsmayıl Haşəm məhv edilib.
Məlumata görə, Haşəm 40 ildən artıq təcrübəyə malik yüksək rütbəli komandir olub. O, Hizbullahın İsrailə qarşı hücumlarının idarə edilməsində mərkəzi fiqur hesab olunub.
.
