Xəzər dənizində aparılan son monitorinqlərin nəticələrinə əsasən, dənizin suyunun kimyəvi tərkibində müsbət tendensiya müşahidə olunur.

Bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son illər Xəzər dənizində çirklənmə müşahidə olunmur, zoobentosların inkişafı mövsümə uyğun davam edir: "Çimərlik ərazilərdə qurulan modul tipli qurğular əsasən platformalarda, üzən vasitələrdə son texnologiyaların tətbiqi müsbət tendensiyalarla nəticələnir və dənizin suyunda təmizlənmə müşahidə olunur".

.