Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında Nazirlik yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilmişdir. 

İclasda Professor Elşad Məmmədov  Şuranın sədri,  Bəhruz Məmmədzadə Şura sədrinin müavini,  Ramilə Mahmudova isə Şuranın katibi seçilmişlər.

Tədbir çərçivəsində seçki prosesi başa çatdıqdan sonra Şura üzvlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevlə və nazirliyin digər rəhbər işçiləri ilə görüşü keçirilmişdir. 

Məzmunlu, konstruktiv müzakirələr şəraitində keçirilən görüşdə ölkədə sosial müdafiə sistemində son illər ərzində həyata keçirilən  islahatlar, mütərəqqi mexanizmlər, əldə olunan nəticələr geniş şəkildə təhlil edilmiş, Nazirlik ilə Şura arasında əməkdaşlıq istiqamətləri  barədə müzakirələr aparılmış, müvafiq razılıqlar əldə edilmişdir.

İclasın  sonunda Nazir  Sahil Babayev Şura üzvlərinə üzvlük haqqında vəsiqələr təqdim etmişdir.

.