Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan Transadriatik Boru Kəmərinin (TAP) tikintisinə cari ilin mayın sonunda - iyunun əvvəlində başlanacaq. "APA-Economics" xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasında TAP-ın icraçı direktoru Yan Bredşou deyib.
Onun sözlərinə görə, layihənin TAP-ın təməlqoyma mərasimi Yunanıstanın Soloniki şəhərində baş tutacaq.
"Layihənin uğurlu inkişafı üçün Yunanıstan tərəfi zəruri addımları atıb", - deyə o qeyd edib.
.