
İki gün əvvəl Binəqədi rayonundan 15 nəfərin ölümü 61 nəfərin yarlanması ilə nəticələnən yanğınla bağlı yeni həbslər başlayıb.
Bir az bundan qabaq Binəqədi İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov həbs olunub. Həbsin səbəbi isə yanan bina ilə bağlı başladılmış cinayət işi ilə əlaqədar olduğu deyilir.
Yanan binaya penoplast vuran şirkətlə müqaviləni təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun bağladığı bildirilir. Məsələ ilə bağlı mənbəmizin bildirdiyinə görə yanan binaya penoplast vurulmamışdan öncə bina sakinləri Binəqədi Icra Hakimiyyətində olublar və icra başçısı Xaləddin İsgəndərovun qəbulundə olaraq üzlüklərin vurulmasına etiraz ediblər. Lakin həmin vaxt rayon icra başçısı Xaləddin İsgəndərov və təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov sakinləri otaqdan qovaraq "təxribat” yaratmaqda ittiham ediblər.
İcra Hakimiyyətindən Strateq.az-a xəbərin doğru olduğu bildirilib: "Bəli, Ədalət Rəcəbov yanğınla bağlı saxlanılıb".