Ağdam rayonunda noyabrın 17-də baş verən zəlzələ nəticəsində bəzi evlərdə çatlar yaranıb.
Bu barədə "Report"un Qarabağ bürosuna Ağdam Rayon İcra Hakimiyyəti başcısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Əliyev məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakətlə bağlı Ağdam rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işçi qrupu yaradılıb: "Hazırda komissiya üzvləri yaşayış məntəqələrində araşdırmalar aparırlar. Dağıntı və tələfat qeydə alınmasa da, ancaq bəzi evlərə ziyan dəyib".
