“Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş obyektlər arasında fərdi yaşayış evləri, yardımçı tiklilər, çoxmənzilli yaşayış evləri, istehsal, ictimai-iaşə obyektləri, məscidlər və kilsələr, tarixi abidələr, su təchizat obyektləri və tələf olunmuş mal-qara var”.
 
Bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
           
İ. Məmmədov deyib ki, dəyən ziyan qısa müddətdə araşdırılacaq və dövlət başçısına təqdim olunacaq.

Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi üzrə Dövlət Komissiyasının 11 işçi qrupu yaradılıb

“Noyabrın 6-da Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb”.

Bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, dəymiş ziyanla bağlı məlumat bazası yaradılacaq: “Prezidentin sərəncamına əsasən, proses şəffaf olmalıdır. Beynəlxalq ictimaiyyət və xalqımız bununla bağlı davamlı məlumatlandırılacaq, bu brifinq də elə bu məqsədə xidmət edir”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, artıq Dövlət Komissiyasının işçi qrupları yaradılıb: “Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli və Cəbrayıl, Goranboy və Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb”.

.