Bu il I qrupda rekord iştirakçı qeydə alınıb.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, bu il I qrup üzrə 33 min adam iştirak edib:

"Bu, ötən illə müqayisədə 5 min nəfər artıqdır. I qrup üçün 16499 plan yeri verilib. Lakin plan yerlərində artım iştirakçı sayındakı artımdan az olduğu üçün o qədər də təsir etməyəcək. I qrup üzrə 600 baldan yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 2 dəfə artıb. Bu o deməkdir ki, I qrupda müəyyən ixtisasların keçid balları artacaq".

Məleykə Abbaszadə: "300 baldan yuxarı nəticə göstərmiş hər bir abituriyent dövlət sifarişli yerləri yaza bilər"

I ixtisas qrupunda mühəndislik ixtisasları üzrə keçid balları ənənəvi olaraq aşağı olur.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, xüsusən də texnoloji yönlü mühəndislik ixtisaslarında belə olur:

"I qrupda 10 785 yer dövlət sifarişlidir. Təbii ki, yüksək keçid balları dövlət sifarişli yerlərdə olacaq. 300 baldan yuxarı nəticə göstərmiş hər bir abituriyent dövlət sifarişli yerləri yaza bilər. Lakin ötən ilki ballarla öz balını müqayisə etməlidirlər. Mühəndislik ixtisaslarında dövlət sifarişli yerlərin keçid balı 280-290 bal da ola bilər. Keçən il bu ixtisaslarda daha az idi, lakin bu il ballar artacaq".

 

.