23 apreldə YAP İdarə Heyətinin iclasında qəbul edilən qərara əsasən, Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP), eyni zamanda YAP Veteranlar Şurasının üzvlüyündən çıxarılıb.

YAP Xətai rayon təşkilatının sabiq sədri H. Mirələmovun qeyri-əxlaqi hərəkət etdiyi xanım işçisi də Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin əks olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi deyilir. 

Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib və pedaqoji fəaliyyətinə xitam verilib.

 

 

.