Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə müsadirə olunmuş əmlaklarından biri ilə bağlı qərar ləğv olunub.

Hüseyn Abdullayevin atasının (Abbas Abdullayev) adına rəsmiləşdirildiyi və cinayət yolu ilə əldə olunduğu əsas gətirilərək müsadirə olunan qeyri-yaşayış sahəsi ilə bağlı kassasiya şikayəti edilib.

Maraqlı şəxs Bağırov Emin Yaqub oğlu ərizəsində Səbail rayonu, Xəqani küçəsində yerləşən qeyri-yaşayış sahəsinin Abbas Abdullayevə deyil, ona məxsus olduğunu bildirib.

Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda maraqlı şəxsin şikayəti təmin olunub.

Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərarın qeyd olunan əmlakla bağlı hissəsi ləğv edilib.

İş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə Türkiyədə tutularaq Bakıya gətirilib.

.