Hüquq-mühafizə orqanları xarici ölkələrdən Azərbaycana mal idxal edən bir sıra şirkətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin müxtəlif şirkətlərə icarəyə verilmiş anbarlarını əhatə edib.

Belə ki, hüquq-mühafizə orqanları ölkəyə idxal edilən malların vergidən yayındırılması, sənədlərin saxtalaşdırılması və s. şübhələrlə özəl şirkətlərdə axtarışlar həyata keçirib.

Əməliyyatla bağlı ictimaiyyətə geniş məlumatın veriləcəyi gözlənilir.

.