Kassasiya Məhkəməsi Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verib. "TASS” bildirir ki, bu barədə Misir Dövlər Televiziyası məlumat yayıb.
Ölkənin ali məhkəmə qurumu keçmiş dövlət başçısının üzərindən 2011-ci il yanvar inqilabı günlərində etirazçıların öldürülməsi ilə bağlı bütün ittihamları götürüb.
Bu son qərardır və şikayət oluna bilməz.
Beləliklə, Hüsnü Mübarək barəsində bütün cinayət təqibləri dayandırılıb.
.
