Yəmənin "Ənsar Allah" hərəkatı Qırmızı dənizdə ABŞ-yə məxsus "Pinocchio" adlı ticarət gəmisinə raket zərbəsi endiriblər.

Bu barədə husilərin hərbi nümayəndəsi Yahya Sariya hərəkata məxsus televiziya kanalının efirində deyib.

"Yəmənin hərbi-dəniz qüvvələri Qırmızı dənizdə əməliyyat keçirərək, ABŞ-nin "Pinocchio" gəmisini bir neçə gəmi əleyhinə raketlə vurub. Zərbələr dəqiq olub", - Sariya deyib.

 

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində husilərin raket zərbələrinin hədəfə düşmədiyini və "Pinocchio" gəmisinin zərər görmədiyini yazıb.

.