Türkiyəli aktrisa Meryem Uzerli ərə gedir.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meryem Uzerli 6 aydır sevgili olduğu Alp Özcan ilə ailə həyatı qurur.

Hal-hazırda cütlük Berlində Alp Özcanın 25 min Türk lirəsinə kirayələdiyi villada yaşayır.

Cütlük toylarını yayın sonlarına planlaşdırır.

Xatırladaq ki, Meryem Uzerlinin 2013-cü ilin may ayında ayrıldığı sevgilisi Can Atəşdən 2 yaşlı bir qızı var. 

.