Türkiyənin milli müdafiə naziri və MİT rəhbərinin Rusiyaya nə üçün səfər etdikləri məlum olub.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti verdiyi məlumata görə, dekabrın 28-də Moskvada Rusiya Federasiyası, Suriya və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli danışıqlar keçirilib.
Danışıqlarda müdafiə nazirləri regionda sabitləşmə üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyini müzakirə ediblər.
Rusiya Federasiyası, Suriya və Türkiyənin MN başçıları Moskvada Suriya böhranını və bu ölkədə ekstremistlərlə mübarizə tədbirlərini də müzakirə ediblər.
.
