Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı taxıl dəhlizinin maneəsiz fəaliyyəti ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, Müştərək Koordinasiya Mərkəzində görülən işlərdən məmnunluq ifadə olunub.

.