Dağlıq Qarabağla bağlı Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında Ankarada görüşlər keçirilib, qarşılıqlı əməkdaşlığımız davam edir.

“Anadolu” agentliyi verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

H. Akar Dağlıq Qarabağa dair bəyanatın imzalanmasından sonra Türkiyə və Rusiya Müdafiə Nazirlikləri arasında atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqda memorandumun imzalandığını xatırladıb: “Bununla bağlı geniş bir texniki heyət Rusiyadan gəldi. Görüşlər keçirdik, qarşılıqlı əməkdaşlığımız davam edir”.

.