
Avropalı liderlər Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları "şərtsiz” azad etməyə çağırmaq üçün Riqa sammiti çərçivəsindəki görüş imkanlarından istifadə etməlidir. Bu barədə Human Rights Watch hüquq-müdafiə təşkilatının məlumatında deyilir.
Mayın 21-22-də Riqada Avropanın 28 ölkəsinin nümayəndəsi Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşə biləcək. "Bu, hökuməti tənqid edənlərin azadlığa buraxılması və fəallara qarşı repressiyalara son qoyulması məsələsini qaldırmaq üçün yaxşı imkandır”, - təşkilatın nümayəndəsi vurğulayıb.
"Avropa İttifaqı göstərməlidir ki, hakimiyyət insan hüquqları ilə bağlı vəziyyəti yaxşılaşdırmasa Azərbaycanla yaxın əməkdaşlıq mümkün deyil”, - sənəddə deyilir.
Human Rights Watch Aİ ölkələri XİN rəhbərlərini Azərbaycan hakimiyyətinin öz vətəndaşlarının hüquq və azadlıqlarını pozmasına "sərt kollektiv cavab” verməli və Avropa Oyunları mərasimlərində iştirakdan imtina etməlidir.