Dövlət Sosial Müdafiə Fondu (DSMF) İnvestisiya Şurasının qәbul etdiyi siyasәtә tam әmәl etməyib.

Bu barədə Hesablama Palatası xəbər verir.

“Sosial sığorta haqqında” Azәrbaycan Respublikası Qanununa 2023-cü ildә edilmiş әlavәlәrә görә dövlәt sosial müdafiә fondunun sәrbәst vәsaitlәri investisiyaya yönәldilә bilәr vә bu mәblәğ, investisiya gәlirlәri vә onun istifadә olunmamış qalığı Azәrbaycan Respublikasının Mәrkәzi Bankında açılmış hesaba toplanır vә onların uçotu ayrıca aparılır.

Elәcә dә, bu qanuna görә investisiyaya yönәldilәn sәrbәst vәsait, investisiya gәlirlәri vә onun istifadә olunmamış qalığı növbәti büdcә ilinә sәrbәst vәsaitin investisiyaya yönәldilәn hissәsi kimi keçirilir. “Dövlәt sosial müdafiә fondunun sәrbәst vәsaitinin investisiyaya yönәldilmәsi vә investisiya gәlirlәrindәn istifadә edilmәsi Qaydası” Azәrbaycan Respublikası Prezidentinin 17.04.2023-cü il tarixli 2105 nömrәli Fәrmanı ilә tәsdiq olunmuş, bu Qaydaların tәlәblәrinә uyğun olaraq İnvestisiya Şurası yaradılmaqla Nazirliyin 14.07.2023-cü il tarixli әmri ilә hәmin şuranın fәaliyyәtini tәnzimlәyәn әsasnamә qәbul edilib.

Toplanmış audit sübutları ilә bu istiqamәtdә fәaliyyәtin icrası prosesindә İnvestisiya Şurasının qәbul etdiyi siyasәtә tam әmәl olunmadığı müәyyәn edilib. Belə ki, İnvestisiya Şurasının 20.06.2023-cü il tarixli 01 nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Dövlәt Sosial Müdafiә Fondunun sәrbәst vәsaitinin investisiyaya yönәldilmәsinә dair 2023-cü il üzrә İnvestisiya Siyasәti”nin “Likvidlik üzrә tәlәblәr” bölmәsinә әsasәn dövlәt sosial müdafiә fondunun funksional fәaliyyәti ilә bağlı 1 aylıq orta proqnoz xәrc mәblәği hәddindә pul vәsaiti Fondun hesablarında saxlanılmalıdır. Göründüyü kimi, burada xәrc anlayışı yalnız әhaliyә ödәnişlәr üzrә xәrclәrlә mәhdudlaşmır, Fondun bütün xәrclәrini nәzәrdә tutur.

“İnvestisiya strategiyası ilә bağlı digәr mәsәlәlәr” bölmәsinә müvafiq olaraq qeyd edilәn Siyasәt üzrә investisiyaya yönәldilәcәk vәsait 2022-ci il üzrә Fondun sәrbәst vәsaitindәn, habelә 2023-cü ilin birinci yarım ilinin maliyyә nәticәlәrinә әsasәn formalaşan sәrbәst vәsaitdәn ibarәt olmalıdır. Fondun 12.09.2023-cü il tarixli mәktubu ilә Hesablama Palatasına tәqdim edilmiş mәlumatlara әsasәn Fondun audit olunan ilin ilk altı ayının sonuna sәrbәst vәsaitinin hәcmi 1308887,3 min manat olmuşdur. “Dövlәt sosial müdafiә fondunun 2023-cü il büdcәsi haqqında” Azәrbaycan Respublikasının Qanununun 3.1-ci maddәsinә әsasәn әhaliyә ödәnişlәr üzrә xәrc 6077580 min manat mәblәğindә proqnozlaşdırılmışdır ki, bunun da 1 aylıq orta mәblәği 506465 min manatdır. 01.01.2023-cü il tarixinә Fondun qalığı 1047674,79 min manat tәşkil edib

.