Nyu-Yorkda Moda Həftəsi zamanı “Naeem Khan” brendinin yaz-yay kolleksiyası nümayiş edilib. Şounun əsas ulduzu isə britaniyalı aktrisa Keyt Bekinseyl olub.

Aktrisa podiuma dərin yarıqlı gümüşü libasda və parıldayan hündür platforma ayaqqabıda çıxıb.

49 yaşlı aktrisanın gənc görünüşü və gözəlliyi pərəstişkarları tərəfindən yüksək qiymətləndirilib.

 

 

.