
Dünyanın ən gözəl və zövqlü qadınlarından biri hesab edilən Qvinet Peltrou qəribə qərar verib. ANS PRESS-in məlumatına görə, dəbdəbə içərisində yaşayan Hollivud aktrisası bir həftədə 29 dollara yaşamağa çalışacaq.
ABŞ-da az təminatalı vətəndaşlara ərzaq dəstəyi proqramı çərçivəsində bu vəsait ayrılır.
Öz mükəmməl stili və bədən quruluşu ilə fərqlənən Peltrou "Twitter"dəki fotosunda ən lazımlı ərzaqları aldığını nümayiş etdirib. Düyü, qara lobya, yumurta, göyərti, pomidor, avakado, soğan, sarımsaq və laym. Siyahıya heç bir ət və süd məhsulu daxil olmayıb.
Bu yolla aktrisa günə 4,3 dollarla yaşamağın demək olar ki, mümkün olmadığını sübut etmək üçün keçirilən aksiyaya qatılacaq.
Hazırda 47 milyon ABŞ vətəndaşı dövlət proqramı çərçivəsində qida talonu alır. Bu talonla yarma, un və süd məhsulları, meyvə, tərəvəz, ət, balıq, spirtsiz içki, konfet, steyk, dondurma almağa icazə verilir.