Dünya Bankı bir həftə əvvəl 2015-2020-ci illərdə Azərbaycan üçün tərəfdaşlıq üzrə çərçivə sənədini (CPF) təsdiq etsə də, onun məzmunu məxfi olaraq qalır.

Xatırladaq ki, CPF Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyinin (MIGA) Azərbaycanda davamlı, inklyüziv və özəl sektora yönələn əməliyyatlarını tənzimləyir.
"Turan”-ın məlumatına görə, sənədin açıqlanmasına Azərbaycan hökuməti qadağa qoyub. O, əvvəllər Beynəlxalq Valyuta Fondunun maliyyə sektorunun qiymətləndirilməsinin ikinci proqramının (FSAP) açıqlanmasını qadağan etmişdi. BVF-nin icraçı direktoru iyulun 17-də bu ilin yazında keçirilən Maliyyə Sektorunun Sabitliyinin Qiymətləndirilməsinə baxılmasını başa çatdırıb. Amma rəsmi Bakı onun açıqlanmasını qadağan edib.
BVF və DB FSAP-ı 2-17 martda həyata keçirib. Buraya maliyyə sektorunun inkişafı və sabitliyinin qiymətləndirilməsi daxil edilmişdi. Hüquqi, tənzimləyici və nəzarət məsələlərinə, əsas maliyyə xidmətlərinə, kapital bazarı və ipotekaya, maliyyə resurslarının əlçatanlığına xüsusi diqqət ayrılmışdı.
.