
Livandakı Hizbullah hərəkatının lideri Həsən Nasrallah Səudiyyə Ərəbistanının Yəməndə böyük məğlubiyyətə uğrayacağını söyləyib.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, o, Suriya rejiminə aid əl-Ahbariyye televiziyasına Səudiyyə Ərəbistanının Yəməndəki Husilərə qarşı keçirdiyi əməliyyatla əlaqədar danışıb. Nasrallah deyib: "Səudiyyə Ərəbistanının Yəməndəki məğlubiyyəti böyük olacaq və bu kral ailəsinə də təsir edəcək”.
Səudiyyə Ərəbistanının itirdiyi Yəməni təkrar ələ keçirmək istədiyini müdafiə edən və İranın Yəmən üzərində hakimiyyət qurduğu istiqamətindəki sözlərin reallıqdan uzaq olduğunu söyləyən Nasrallah deyib: "Yəmənin Səudiyyə Ərəbistanının idarəsindən çıxması, Amerikanın idarəsindən çıxması deməkdir. Bu səbəblə əməliyyatı bu gün Səudiyyə Ərəbistanı - ABŞ hücumu olaraq görürük”.
"Səudiyyə Ərəbistanı Suriya, İraq və Livanda qarşıdurmaların davam etməsi üçün pul ödəyir” deyən Hizbullah lideri Həsən Nasrallah vurğulayıb: "Bu işin qanuniliyini göstərmək üçün də əlində mətbuat ilə pul və fətva üçün də müəllimləri var. Vasitəçilər üzərindən Yəmənə qarşı həyata keçirdiyi döyüşlərin hamısında məğlub olduğu üçün birbaşa müdaxilə etməyə başladı. Yəmənin içindəki əllər Səudiyyə Ərəbistanının hədəfini reallaşdıra bilməz. Husilərin Səudiyyə Ərəbistanı ilə dialoqa getməsi, bu boyun əymək və təslim olmaq deməkdir”.