Hizbullah lideri Həsən Nəsrullah Livanda rabitə qurğularının partlaması ilə bağlı müraciət edib.
Hizbullahın Baş katibi Həsən Nəsrullah bu gün günortadan sonra çıxış edərək Livanda dünən və srağagün onlarla əməliyyatçının öldürüldüyü və minlərlə adamın yaralandığını bildirib.
Həsən Nəsrullah bunu terror aktı kimi qiymətləndirib və İsraili ittiham edib.
Hizbullah lideri peycer partlayışlarına görə qisas alacaqlarını vəd etsə də, tələsməyəcəklərini vurğulayıb.
O, İsrailin bununla bütün qırmızı xətləri keçdiyini qeyd edib və əlavə edib ki, bu, müharibə səbəbidir.
Həsən Nəsrullah İsrailin iki gündə peycer partlayışları ilə 5000-ə yaxın adamı öldürmək istədiyini bildirib
İsrail iki gün ərzində 5000-ə yaxın adamı öldürmək istəyirdi.
Bu barədə Hizbullah lideri Həsən Nəsrullah son iki gün ərzində Livanda rabitə qurğularının partlaması ilə bağlı müraciətində bildirib.
“Müqavimət tarixində görünməmiş, bəlkə də dünyada analoqu olmayan böyük bir zərbəyə məruz qalmışıq”, - o qeyd edib.
.