Hindistanın şimalında yerləşən Mandi şəhərində (Himaçaı Pradeş ştatı) yaşayış evlərdən birində baş verən güclü yanğın nəticəsində bir ailənin beş üzvü ölüb.

"RİA Novosti" xəbər verir ki, hadisə iyulun 23-də səhər saatlarında olub.

Yanğına qaz balonun partlamasının səbəb olduğu güman edilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.
.