21 sentyabr 2020-ci il tarixində şərq döyüş növləri üzrə S-1 liqasında kadr təyinatı həyata keçirilib. Liqanın prezidenti , şərq  döyüş növləri üzrə  dünya və Avropa çempionu, bir çox beynəlxalq turnirlərin qalibi, idman ustası Mərdan Vəliyev bildirdi ki, “Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti biz idmançıları yeni qələbələrə səsləyir”.
Liqanın İdarə Heyətinin qərarına əsasən Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov  şərq döyüş növləri üzrə S-1 liqasının fəxri prezidenti , Tosif Mahmudov şərq döyüş növləri üzrə S-1  liqasının 1 ci vitse-prezidenti, Vuqar Nəcəfov şərq döyüş növləri üzrə S-1 liqasının huquqi məsələlər üzrə  vitse-prezident,  Zaur Əsgərov isə  şərq döyüş növləri üzrə S-1 liqasının baş katibi seçildi.

.