Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi təltif edib.
APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “X” hesabında bildirib.
Səfirin sözlərinə görə, Volodomir Zelenski beynəlxalq tərəfdaşları dövlət mükafatları ilə təltif edib və bu çərçivədə Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif olunub.
Səfir Hikmət Hacıyevi təbrik edib, əməkdaşlıq üçün təşəkkürünü ifadə edib.
.
