“Biz qəti şəkildə Ermənistanın Azərbaycana qarşı son hücumlarını pisləyirik. Bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinin göstəricisidir. Bu əmrlər bilavasitə Ermənistanın siyasi hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilir. Burada da beynəlxalq hüquqa əsasən, Ermənistan siyasi rəhbərliyində olan və qondarma qurumun rəhbərliyində olan şəxslər məsuliyyət daşıyır.”

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, ermənilər tərəfindən hədəfə alınan yerlər arasında hərbi obyektlər yoxdur: “Bu hücumlar məqsədyönlü şəkildə həyata keçirilir, artıq uzaqmənzilli raketlərdən də artıq istifadə edilir. Artıq bu raketlər Xızı şəhərinə qədər gəlib çıxıb. Bu, Ermənistan dövlətinin terrorçu əməllərini göstərir. Ermənistan tərəfi öz uğursuzluqlarını ört-basdır etmək üçün bu cür addımlar atır”.

Prezidentin köməkçisi: "Ermənistanın uzaqmənzilli raketlərdən istifadəsi münaqişənin daha da gərginləşməsinə xidmət edir"

"Ermənistan tərəfindən uzaqmənzilli raketlərdən istifadə münaqişənin daha da gərginləşməsinə xidmət edən amillərdən biridir”.

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 O bildirib ki, bu raketlərin trayektoriyasına baxılmalıdır: “Həmin raketlərin məsafəsi və trayektoriyası onların Xızıya qədər gəlib çıxdığını göstərir. Bu,  açıq-aşkar Ermənistanın acizliyinin, çarəsizliyinin göstəricisidir. Bu kimi təxribatlara Ermənistan tərəfindən öz uğursuzluğunu ört-basdir etmək üçün əl atılır".

.