Media savadlılığı çox mühümdür.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində deyib.

“Əvvəllər yalnız qəzet və televiziya var idisə, indi informasiya mühiti xeyli genişlənib. Sosial mediada müxtəlif məlumatlar yayılır. Biz başa düşməliyik ki, bu məlumatları necə qəbul etməli və onlardan necə istifadə etməliyik. Çünki yayılan məlumatlar birbaşa həyatımıza təsir edir. Bəzən bu məlumatlar bizim qərarlarımıza, davranışımıza və gündəlik həyatımıza təsir göstərə bilər. Dezinformasiya isə tez-tez doğru informasiyaya bənzər şəkildə təqdim olunur. Media savadlılığı dezinformasiyanı və düzgün məlumatları seçməyi bacarmağı özündə ifadə edir”, - deyə Hikmət Hacıyev bildirib.

.