“Qardaş Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü kimi artıq masadadır”.

Bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində proseslərin başlamasının ilk günündən yaxından iştirak edir: “İndiki yaranmış reallıqda biz qardaş Türkiyə daha böyük əzmlə proseslərdə aktiv iştirak etməsini gözləyirik. Türkiyə regionda qonşu ölkədir. Cənubi Qafqaz regionunda baş verən gərginliklər Türkiyəni də ciddi narahat etməkdədir. Qardaş Türkiyə bu regionda davamlı sülhün təmin edilməsində öz səylərini davam etdirir. İstər Minsk Qrupu formatı, istərsə də Minsk Qrupu formatını dəstəkləyəcək digər formatlar çərçivəsində qardaş Türkiyənin region dövləti və söz sahibi olan bir ölkə olaraq bu prosesdə yaxından iştirakı gözlənilir. Əminik ki, Türkiyə də bu prosesə əsaslı töhfəsini verəcək. Nəhayət ki, regionda davamlı sülh və təhlükəsizlik təmin olunsun. O mənada ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə çıxsın. Bu bütün region dövlətlərinin marağında olan məsələdir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi barədə reallığı anlamalıdır. Təəssüf ki, bu günə qədər bunu anlamırlar”.
 

.