Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki hesabında işğal edilmiş Kəlbəcərdə qızılın qanunsuz axtarışı ilə məşğul olan Vardan Sermakeslə bağlı paylaşım edib.

"Report"un məlumatına görə, paylaşımda deyilir: "FranckMuller” saatlarının banisi Vardan Sermakes Kəlbəcərin işğal edilmiş Veynəli kəndində qızılın qanunsuz kəşfiyyatı ilə məşğul olub. Bu, qızıl mədənləri işğaldan azad edilən Veynəli kəndidir. Bizdə Sermakesə qarşı cinayət işinin qaldırılması üçün yerlərdə daha çox fakt olacaq".

Vartan Sermakes, founder of #FranckMuller watches engaged in illegal gold exploration in occupied #Kalbajar&#Vejnali village of Azerbaijan.Vejnali village, this its gold mines libarated from occupation. We will have more facts on the ground to pursue legal case against Sermakes.

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 30, 2020

.