"Ermənistan tərəfində xarici ölkələrdən gətirilən muzdlu döyüşçülərin olması ilə bağlı Azərbaycanda kifayət qədər fakt var".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, əldə olan faktlar, dəlillər Azərbaycanın beynəlxalq tərəfdaşlarına təqdim edilib: “Ermənistan Silahlı Qüvvələrinin tərkibində Yaxın Şərqdən gətirilmiş terrorçular, muzdlu şəxslər iştirak edirlər. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Bu, təkcə bu gün deyil, həmişə Ermənistan tərəfdən muzdlulardan, terrorçulardan ölkəmizə qarşı istifadə olunub. Hətta son dövrlərdə bir sıra ölkələrdə, o cümlədən Avropadakı erməni əsilli şəxslərin muzdlu kimi Azərbaycana qarşı döyüşlərdə iştirak etməsi barədə faktlar vardır. Bizdə kanallardan istifadə edərək aidiyyəti ölkələrə müraciət edirik ki, vətəndaşlarına sahib çıxsın. Onları bu kimi qeyri-qanuni hərəkətlərdən çəkindirsinlər. Xüsusilə də Yunanıstandan və başqa ölkələrdən belə məlumatlar daxil olur. Onların da bir məqamı diqqətlərinə çatdırırıq ki, əgər bu qəbildən olan şəxslər Azərbaycanın işğal altında olan ərazilərində Azərbaycanın mülki əhalisinə, hərbçisinə qarşı silahdan istifadə edərlərsə, onlar beynəlxalq humanitar hüquqa əsasən, kompatant anlayışını daşıyırlar. Onlar legitim hərbi hədəfdirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilməsi istiqamətində bütün addımlar atılacaq”.

Azərbaycan Prezidentinin köməkçisi: "Vasitəçilik missiyasını həyata keçirən dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir"

"Vasitəçilik missiyasını həyata keçirən dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Prezidenti Emmanuel Makronun son açıqlamalarına münasibət bildirərkən deyib.

H. Haciyev bildirib ki, birtərəfli açıqlamaların verilməsi danışıqlar prosesinə və vasitəçilik missiyasına xələl gətirə biləcək haldır: “Danışıqlar missiyasının mahiyyəti olduğu kimi qalır. Əvvəl Xarici İşlər nazirləri səviyyəsində müəyyən görüşlərin keçirilməsi barədə təkliflər vardı ki, Azərbaycan tərəfi də bu və digər məsələlərə baxa bilər.

Amma ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması istiqamətində səylər səfərbərlər olunmalıdır ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulsun və hərbi işğala əsaslanan status-kvo nəticə etibarı ilə sonluğa gətirilsin”.

Hikmət Hacıyev: "Qardaş Türkiyə hər fürsətdə Azərbaycana dəstəyini göstərir"

"Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münsibətləri var. Qardaş Türkiyə hər fürsətdə Azərbaycana dəstəyini göstərir".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən səslənən fikirlər ölkməzin Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir: "Türkiyənin Azərbaycana dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir".

.