“İndi də İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi TF1 və "New York Times" jurnalistlərini də fiziki təhdidlərə məruz qoymuşdu. Azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.

Qeyd edək ki, bundan əvvəl də Prezident İlham Əliyevdən müsahibə götürən bəzi xarici jurnalistlər erməni lobbisinin təzyiqlərinə məruz qalaraq müxtəlif təhdid və ölüm təhdidlərilə hədələnmişdi. 

.