Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin raketlərin əksəriyyəti Ermənistanın öz ərazisindən həyata keçirilir:

"Bu, Ermənistanın Azərbaycana açıq müharibəsi kimi qiymətləndirilməlidir. Bu, təcavüz və gücdən istifadə etmək haqqıdır. Bu bir daha Ermənistan rəhbərliyinin sivil və etik qaydalardan nə qədər uzaq olduğunu göstərir”.

Prezidntin köməkisi bildirib ki, Ermənistan bu gün döyüş meydanında aciz vəziyyətdədir.

Prezidentin köməkçisi: "Azərbaycan HHQ düşmənin atdığı raketlərin çoxunu havada məhv edir"

“Baş verən hadisələr Ermənistanın siyasi rəhbərliyinin acizliyini və çarəsiz vəziyyətdə olduğunu göstərir”.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri tərəfidndən atılan raketlərin bir çoxu havadaca məhv edilir: “Ermənistanın burada əsas məqsədi cəmiyyətdə təşviş yaratmaqdır. Bu, vandalizm aktıdır”.

.