“Erməni lobbisi ABŞ Konqresinə müraciət edib. Konqresdə bəziləri erməni lobbisi ilə əlbir şəkildə hərəkət edir”.

Bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Konqresin etik komitəsi tərəfindən onların çirkin əməlləri araşdırılmalıdır: “Onlar tərəfindən təxribat əməlləri həyata keçirilib, ancaq qarşısı alınıb. Konqresdə Ermənistanın təxribatını başa düşən çoxsaylı insan var”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, onların bu cəhdləri uğursuzluqla nəticələnib: “Bu baxımdan Konqresdə Azərbaycanla strateji əməkdaşlığı başa düşən insanların rolunu qeyd etmək istəyərdim”.

“Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Bakı şəhəri və Xəzər dənizindəki neft-qaz infrastrukturlarını vuracaqlarını bildirmişdi”.

Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistanın keçmiş rəhbərliyi Azərbaycanın şəhərlərini Ağdam kimi xarabalığa çevirəcəklərini bəyan edib: “Son təxribatlar zamanı da müxtəlif dezinformasiyalar önə buraxılıb. Azərbaycanın Metsamor AES-lə bağlı fikri rəsmi mövqeyi əks etdirmir. Azərbaycanın hər hansı kritik strateji obyektləri hədəf almaq siyasəti yoxdur. Ermənistan Metsamor məsələsini qəsdən şouya çevirib. Metsamor AES özü region üçün ciddi təhlükə doğurur, köhnə texnologiyaya əsaslanır. Metsamor AES radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrilib”.

“Ermənistanın təxribatlarının bir məqsədi də neft-qaz kəmərlərinə təhlükə, Şərq-Qərb Nəqliyyat Dəhlizinin təhlükəsiz olmaması barədə təəssürat yaratmaq idi”.
 

Bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 
H. Hacıyev deyib ki, Ermənistan bu məqsədlərinə nail ola bilməyib.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, bu gün Avropa Parlamentinin Mühafizəkar və İslahatçılar Partiyası tərəfindən verilən bəyanatda bildirilir ki, bu hadisə enerji dəhlizinə xələl gətirmək məqsədi də güdüb.

.