Brüsseldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçiriləcək.

Bu barədə Armen Qriqoryan “Azadlıq Radiosu”nun efirində bildirib.

Onun sözlərinə görə, görüş mayın 2-də baş tutacaq.

“Azərbaycan və Ermənistanla bağlı məsələləri müzakirə edəcəyik. Əgər biz bütün suallara cavab tapa bilsək, o zaman ölkə liderlərinin Brüsseldə görüş imkanını müzakirə edə bilərik”, - Armen Qriqoryan qeyd edib.

.