“Ermənistan bizim torpaqlarımıza milyonlarla mina yerləşdirib”.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter“də bildirib.

“Azərbaycanda 3000-dən çox mina qurbanı qeydə alınıb. Qlobal Etimad Fondu bizim minasızlaşdırma layihələrimizə dəstək olmalıdır”, - Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev Bakıda 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı beynəlxalq konfransın keçirildiyini də diqqətə çatdırıb.

.