Bəzi iştirakçıların mövcud vəziyyətə görə qatıla bilməməsindən narahat idik, amma bu, olmadı.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsində çıxışında deyib.
O, Qlobal Bakı Forumu qatılan hər kəsə təşəkkür edib.
Hikmət Hacıyev çoxtərəflilikdə, sülh və təhlükəsizlikdə ciddi böhranlar olduğunu diqqətə çatdırıb: “Bu, birbaşa Təhlükəsizlik Şurasına, onların mandatına bağlıdır. BMT TŞ-nin qlobal məsələlərin həllində iştirakı çox zəifdir. Azərbaycan üçün çoxtərəflilik yalnız sözdə deyil, əməldə vacibdir. Biz Qoşulmama Hərəkatına qoşulanda tənqidlər səslənirdi, amma Azərbaycanın sədrliyi imkan verdi ki, Qoşulmama Hərəkatı nüfuz qazansın.
Həmçinin, Azərbaycanın COP29-a effektiv sədrliyi nəticəsində mühüm qərarlar qəbul edildi.
Eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatında da mühüm rol oynamaqdadır.
Biz həm də D-8 təşkilatına qoşulmuşuq. Qlobal səviyyədə çoxtərəflilikdə müəyyən siyasi iradənin olmaması bariz şəkildə görünür. Digər tərəfdən, müəyyən çoxtərəfli təşkilatlar tənqidə məruz qalır, çünki hesabatlılıqları yoxdur”.
Orta güc konsepsiyasına inanırıq, gündəliyimizi özümüz təyin edirik
“Biz orta güc konsepsiyasına inanırıq, gündəliyimizi özümüz təyin edirik”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsində çıxışında deyib.
O bildirib ki, bəzən “orta güc” deyəndə əvvəlcə ölkənin hərbi imkanları, ÜDM-i və ya ərazi ölçüsü ağıla gəlir: “Biz özümüzü orta güc kimi qəbul edirik, lakin burada məqsəd ÜDM, ərazi və ya hərbi güc üzrə yarış deyil. Bizim üçün orta güc – problemlərin həllinə yönəlmiş yanaşma və öz regionuna, həmçinin qlobal gündəliyə töhfə vermək iradəsidir. Orta güc vasitəsilə biz qlobal gündəliyin iştirakçısına çevrilirik”.
Hikmət Hacıyev qeyd edib ki, BMT institutları əməkdaşlıq etmək əvəzinə bir-biri ilə rəqabət aparır: "Məhdud resurslardan səmərəli istifadə etmək əvəzinə, daha geniş rəqabət elementləri yaranır. Bu onların dəyişən şəraitə uyğunlaşa bilməməsidir. Məhz buna görə bəzi çoxtərəfli institutların uyğunlaşma və çeviklik problemlərini gördükdə Azərbaycan kimi ölkələr daha geniş “orta güc” konsepsiyasına keçid edir”.
.
