Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.
O qeyd edib ki, Azərbaycan bu logistik strukturun inkişafına fəal şəkildə investisiya yatırmağa davam edir: “Hazırda dəhlizin Azərbaycan hissəsinin ötürücülük qabiliyyətinin genişləndirilməsi istiqamətində işlər aparılır. Şübhəsiz ki, bu, təkcə Azərbaycan və Rusiyanın deyil, bütün regionun xeyrinə olacaq”.
.