Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər təxirə salınıb.

Bu barədə Heydər Əliyev Mərkəzindən bildirilib.

Məlumatda qeyd olunur ki, sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasında şəhidlərimizin olması ilə əlaqədar Heydər Əliyev Mərkəzində və Mərkəzin parkında keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər, o cümlədən sentyabrın 17-18-inə planlaşdırılan “Art Festival” təxirə salınıb.

Allah şəhidlərimizə rəhmət eləsin!
 

.