Azərbaycan idmançılarının 2026-cı il aprel ayı üçün reytinq cədvəli açıqlanıb.

Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Siyahıya yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) başçılıq edir.

Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci, cüdoçu Zelim Kotsoyev (440 xal) üçüncüdür.

Növbəti sıralarda Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal) Murad Əhmədiyev (yunan-Roma güləşi, 320 xal), Zelim Tçkayev (cüdo, 320 xal), Arseniy Djioyev (sərbəst güləş, 320 xal), Osman Nurmaqomedov (sərbəst güləş, 320 xal), Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) qərarlaşıblar.

.