Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan asfalt-beton örtüklü avtomobil yollarının uzunluğunda illər üzrə artım müşahidə olunsa da, 2020-ci ilin sonuna olan məlumatlara əsasən qeyri-asfalt-beton yollarının uzunluğu 6 713,3 km (o cümlədən 919,3 km olan qara, 5 738 km olan çınqıl-qırmadaş, 56 olan torpaq örtüklü) təşkil edib.

Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatıda bildirilir.

Sənədə əsasən, bu da yolların ümumi uzunluğu 37,9%-lik əhəmiyyətli hissəsində yol hərəkətinin iştirakçılarına daha rahat və təhlükəsiz hərəkət etmələri üçün zəruri şəraitin hələ də yaradılmadığını göstərir.

AAYDA 2020-ci ildə 29,8 mln manat vəsait bank kreditləri üzrə ödənişlərə (o cümlədən kreditlərin əsas məbləği üzrə 19,8 milyon manat, faizləri üzrə 9,9 milyon manat) yönəldilib ki, bu da əvvəlki illərin təcrübəsinin də göstərdiyi kimi avtomobil yollarının və onlarla əlaqədar müəssisələrin qurğularının, təhkim zolaqlarının istifadəsi və saxlanması (təmiri) ilə bağlı xərclərin qarşılanmasında müəyyən məhdudiyyətlər yaradıb.

Hesablama Palatası: "AAYDA vahid xəzinə hesabının qalığını gəlirə aid etməyib"

“Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi, "hesabatların formaları və onların təqdim edilməsi Qaydası”na 6 nömrəli Əlavəyə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) üzrə vahid xəzinə hesabının qalığı 31.12.2019-cu il tarixinə 29,2 milyon manat, 31.12.2020-ci il tarixinə isə 49,8 milyon manat təşkil etsə də, bu qalıq "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun növbəti ildəki gəlirlərinə aid edilməyib.

Bu barədə Hesablama Palatasının ötən ilki fəaliyyəti haqqında hesabatda bildirilir.

"Statistik hesabatların təhlili göstərir ki, son illər qurumun təmir etdiyi avtomobil yollarının uzunluqlarında azalma müşahidə olunur. 2017-ci ildə 1 202,1 km təşkil etdiyi halda, 2018-ci ildə bu göstərici 108,6 km, 2019-cu ildə 97,1 km, və 2020-ci ildə isə 105,6 km olub. 2020-ci ildə təmir olunmuş avtomobil yollarının uzunluğu 2019-cu illə müqayisədə 8,5 km-dən çox olmasına baxmayaraq, əvvəlki illərə nisbətən bunun əksinə olaraq 2018-ci ilə nisbətən 3 km, 2017-ci illə müqayisədə isə 1 096,6 km az olub", - deyə sənəddə qeyd olunub.

.