Hərbi xidmətdən qanunsuz yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə təqdim edilməsi üçün saxta arayışlar hazırlayan şəxsin qanunsuz əməlləri ifşa edilib.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı Xəlilov Fuad Elçin oğlu tərəfindən 2023-cü ildə müddətli hərbi xidmət keçməkdən yayınmalarına köməklik göstərilməsi məqsədilə 2 nəfər Qəbələ rayon sakininin guya Türkiyə Respublikasının Sakarya Universitetində təhsil almalarına dair saxta sənədlər hazırlaması və bunun müqabilində həmin şəxslərin valideynlərindən müxtəlif vaxtlarda ümumilikdə 6300 manat pul almasına əsaslı şübhələr müəyyən edilib.

.