"Casusluqda ittiham olunanlar müxtəlif şəraitdə müxtəlif yerlərdə cinayət törədiblər. Onların bir qisminin cinayət işi məhkəməyə göndərilib, bir qismi də göndəriləcək".

Bunu Respublikanın hərbi prokuror Xanlar Vəliyev deyib.

O bildirib ki, cinayət törədənlərin hərbi hissələri fərqlidir: "Bu cinayətlər başqa-başqa yerlərdə törədilib. Hərbi hissələr fərqlidir. Müəyyən şəxslər haqqında istintaq davam edir. Biz düşünürük ki, Novruz bayramına qədər iş tam yekunlaşıb, məhkəməyə göndəriləcək".

.